Bakı. 20 may. REPORT.AZ/ Baş prokuror Zakir Qaralovun mayın 22-də Goranboyda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların iştirak etməsi planlaşdırılan qəbulun keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək.