Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdamda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Qeyd edilib ki, qəbul oktyabrın 15-i, saat 12:00-da Ağdam Muğam Mərkəzində baş tutacaq.
Qəbulda Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətlərinə baxılacaq.