26 saylı Sabunçu birinci seçki dairəsinin 14 saylı seçki məntəqəsində 1487 nəfər səs verə bilər.
Bu barədə "Report"a məntəqə seçki komissiyasının sədri Yasin Əliyev məlumat verib.
O bildirib ki, hazırda 200-dən çox vətəndaş səs verib: "Səhər ilk saatlardan fəallıq müşahidə olunur. Hazırda da proses davam edir. Neçə ildir ki, seçkilərdə iştirak edirəm. İlk dəfədir ki belə aktivlik görürəm".