Bu gün həm kədərliyik, həm də sevincli. Kədərliyik ki, çox şəhid verdik, sevincliyik ki, onların sayəsində torpaqlarımıza qayıdırıq.
"Report" xəbər verir ki, bunu Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edən keçmiş məcburi köçkün Cəmilə Məmmədova jurnalistlərə açıqlamasında deyib.
O, şəhidlərə rəhmət diləyib, qazilərə şəfa, Ali Baş Komandana cansağlığı arzulayıb.
"Püşkatmadan sonra doğma torpaqlarımıza gedib evimizi seçdik. Hər cür şərait yaradılıb. Bu günü yaşamağımıza səbəb olan hər kəsə öz təşəkkürümü bildirirəm", - o qeyd edib.