Xanyurdu sakini: Doğma yurda qayıdışın qürurunu yaşayırıq

Xocalı rayonunun Xanyurdu kəndinə dönən sakin doğma yurda qayıdışın qürurunu yaşadığını bildirib.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında Xanyurdu kənd sakini Kərim Cavadov deyib.

O, öz fəaliyyətləri ilə doğma kəndlərinin adını daim ucaldacaqlarını vurğulayıb:

"Xanyurdu kəndinə, doğma evimizə qayıdırıq. Bu, bizi çox qürurlandırır. Öz fəaliyyətimizlə kəndimizin adın daha da ucalara qaldırmaq üçün dönürük. Bizə bu qüruru yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik".

Digər xəbərlər