Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilib. 

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Qeyd edək ki, general-polkovnik Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

{{photo-small-left-522914}}

Digər xəbərlər

Azərbaycana qış fəsli daxil olub 21 dekabr, 2025 / 19:03