Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına könüllülərin qeydiyyatı başlayıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün könüllülərin qeydiyyatına başlanılıb.

"Report"un məlumatına görə, dekabrın 5-də WUF13 Könüllülər Mərkəzinin açılışı olub.

Forumda iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər https://volunteers.wuf13.az/az onlayn platforması vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən, ingilis dilində sərbəst ünsiyyət bacarığına malik olan və mayın 1-i 2026-cı il tarixinə qədər 18 yaşını tamamlamış şəxslər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibədən uğurla keçən namizədlər təlim proqramına dəvət ediləcək. Təlimlər 2026-cı ilin yanvar–aprel aylarında başa tutacaq.

Digər xəbərlər