Azərbaycanda bəzi qanunların dili olduqca çətindir.
"Report"un məlumatına görə, bunu Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.
"Məsələn, "Təhsil haqqında" qanunda "formal-informal təhsil", "distant təhsil", "kampus" və sair kimi ifadələrə rast gəlinir. "Tələbə yurdu" desək, olmazmı, gərək kampusmu deyək?", - o vurğulayıb.
Xalq şairi "süni intellekt" ifadəsinin də yanlış olduğunu bildirib:
"Bu ifadə "süni intellekt" deyil, "süni zəka" olmalıdır. Amma ifadə təməldən dilimizdə özünə bu cür yer elədi və nəticədə yanlış formatda da qaldı. Dilimizdə xeyli belə söz var".