Saatlı və Sabirabad rayonlarında ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, ulu öndərin vəfatının 19-cu ildönümü ilə əlaqədar ümumrayon tədbirləri keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül-çiçək dəstələri qoyulub, ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.