Ramil Usubov: "Yol patrul xidməti əməkdaşları döyüşlərdə sağlamlığını itirmiş şəxslərə hər zaman xüsusi həssaslıqla yanaşırlar"

Bakı. 16 dekabr. REPORT.AZ/ "Dövlət tərəfindən əlillərin, o cümlədən respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunur, əksəriyyəti nəqliyyat vasitələri ilə təmin edilir, eyni zamanda, yol patrul xidməti əməkdaşları onlara hər zaman xüsusi həssaslıqla yanaşırlar."

"Report" xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 16-da Əlahiddə Çevik Polis Alayında son 5 ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, bəzi hallarda yol hərəkəti qaydalarını pozmuş belə sürücülər barəsində tədbir görülərkən törətdikləri inzibati xətaların ağır fəsadlarla nəticələnə biləcəyi, bunun həyat və sağlamlıqları, təhlükəsizliklərinin qorunmasından irəli gəldiyi onlara təmkinlə izah edilməlidir.

Nazir əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədi ilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.

Digər xəbərlər