Qırmızı Bazar sakini: Şəhidlərimizin, qazilərimizin sayəsində evimizə qayıdırıq

Sevincimin həddi-hüdudu yoxdur.

"Report" xəbər verir ki, bunu növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə gedən keçmiş məcburi köçkün Quliyev İlyas jurnalistlərə açıqlamasında deyib.

"Öz elimə-obama qayıdıram, sevincimin həddi-hüdudu yoxdur. Digər keçmiş məcburi köçkünlərə də qismət olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində evimizə qayıdırıq", - keçmiş məcburi köçkün qeyd edib.

Digər xəbərlər

Naxçıvanda əhalinin sayı artıb 11 dekabr, 2025 / 11:47