Azərbaycanda da süni intellekt əsaslı tərcümə alqoritmlərinin hazırlanması vacibdir.
"Report"un məlumatına görə, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin hesabatları nəzərə alınmalı və dil strategiyasına daxil edilməlidir:
"Çünki bu institutların fəaliyyəti elm və texnologiyanın dilə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır".
N.Məmmədli onu da bildirib ki, Azərbaycan dilinin rəqəmsal texnologiyalar üzrə ilk cildi hazırlanıb:
"Süni intellekt və kompüter dilçiliyi əsasında ilk dəfə korpus dilçiliyi tətbiq olunub. Bu sadəcə elmi hadisə deyil, həm də dilin gələcəyi üçün yeni bir mərhələdir".