Cəlilabadın icra başçısına yeni müavin təyin olunub

Cəlilabad rayon icra hakimiyyətinin başçısına yeni müavin təyinatı həyata keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq əmri ilə Vahid Mirzəyev icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, V. Mirzəyev bu təyinata qədər Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib.

Digər xəbərlər