Prezidentin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Report” xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiqlənib.

Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin Əsasnaməsi və təsviri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05