Naxçıvanda əhalinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 1 avqust 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il əvvələ nisbətən 2 min 58 nəfər və ya 0,4 faiz artaraq 471 min 911 nəfər olub.

Digər xəbərlər