Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib

Bakı. 23 may. REPORT.AZ/ Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində “Müasir dövrdə dini təhlükəsizlik, ictimai-siyasi təhlükəsizliyin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir.

Birinci dərəcəli kapitan Natiq Bağırov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib.

Tədbirin sonunda iştirakçılara “Şəhadət” filmi nümayiş etdirilib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39