Milli Məclis cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Digər xəbərlər