Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat Qrupuna tapşırıq verib.
“Report”un xəbərinə görə, iclasda MSK sədri bildirib ki, Mətbuat Qrupu daim sosial şəbəkələri izləməlidir.
“Əgər hansısa namizədin xoşagəlməz addımlarının şahidi olarlarsa, bununla bağlı Mətbuat Qrupunun rəhbəri MSK-ya məlumat verməlidir. Lazımdırsa, iclasdan sonra onlarla birlikdə iclas da keçirə bilərik”, - MSK sədri əlavə edib.