Mədəniyyət Nazirliyi "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq

Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Report" xəbər verir ki, Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər

Azərbaycanda nikahlar azalıb 20 noyabr, 2026 / 15:02
Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05