Kollegiya sədri: "Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb"

Bakı. 6 iyun. REPORT.AZ/ "Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb".

"Report"un məlumatına görə, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin "Elektron Məhkəmə" İnformasiya Sisteminə inteqrasiyası” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, əvvəllər dövlət hesabına hüquqi yardımın məbləği az idi: "Bu məsələ də vəkilləri narahat edirdi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb".

A.Bağırov bildirib ki, VK-nın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın".

Digər xəbərlər