Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 22 oktyabr 2026-cı il tarixində Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Digər xəbərlər