Zəngilan Şəhər Günü münasibətilə atəşfəşanlıq olub.
"Report"un Zəngilana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Zəngilan Şəhər Günü münasibətilə təşkil edilən silsilə tədbirlər günün yekununda Zəngilan Yaşayış Kompleksində atəşfəşanlıqla sona çatıb.
Bundan əvvəl Zəngilan şəhərində konsert proqramı təşkil edilib.