"İdman Paytaxtı" Qazax şəhərində İdman Festivalına yekun vurulub

"İdman Paytaxtı" Qazax şəhərində İdman Festivalına yekun vurulub.

"Report" xəbər verir ki, 2026-cı ilin "İdman səfirləri" Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov tonqal ətrafında festival iştirakçıları ilə bir araya gəliblər.

Səmimi şəraitdə keçən görüşdə səfirlər idmançılarla söhbət edib, onların suallarını cavablandırıblar.

Heydər Əliyev parkında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar davam etdirilib. İdmançılar təmsil etdikləri növlərə aid hərəkət və texnikaları nümayiş etdirərək bacarıqlarını göstəriblər.

Konsert proqramı təşkil edilib.

Festival möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05