İdarə rəisi: Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb

Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb.

"Report" xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları, ən azı, 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaycan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39