Energetika Nazirliyinin xidməti avtomobillərinin sayı 30-dan 9-a endirilib

Energetika Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir ƏIi Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, nazirliyin xidməti minik avtomobillərinin sayı 30-dan 9-a endirilib. Həmin avtomobillər isə yalnız nazirliyin aparatının istifadəsində olacaq.

Beləliklə, nazirliyin yanında olan orqanlar üzrə və ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərindən istifadə ləğv edilib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39