Çin Azərbaycana minatəmizləmə prosesi üçün 2 "X-ray" cihazı ianə edib

Çin Azərbaycana minatəmizləmə prosesi üçün 2 "X-ray" cihazı ianə edib.

"Report" xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar brifinqdə deyib.

Onun sözlərinə görə, ən son bu cihaz yeni texnologiyalardandır:

"Qapalı yerlərdə minatəmizləmə əməliyyatı üçün istifadə edirik. Xüsusilə evlərin təmizlənməsi zamanı istifadə edilir".

Digər xəbərlər