Şuşa rayonunun Böyük Qaladərəsi kənd sakini İsmayıl Abbasov 34 ildən sonra doğma kəndlərinə köçdüklərini söyləyib.
O, "Report"a açıqlamasında bildirib ki, Böyük Qaladərəsi kəndinə ilkin mərhələdə 14 ailə köçür:
"Bu köçün davamlı olacağına inanıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün 34 ildən sonra doğma kəndimizə köçürük".
Qeyd edək ki, Şuşanın Böyük Qaladərəsi kəndinə mayın 25-də ilk köç karvanı yola salınıb. Köç edən sakinlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.