Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq edəcək.
"Report" xəbər verir ki, bunu AHİK sədrinin müşaviri Elkiyar Ziyadov mətbuat konfransında deyib.
O bildirib ki, bununla əlaqədar iki qurum arasında yaxın zamanda razılaşma əldə olunacaq.
Konfransda AHİK-in 70-dən çox ölkənin müvafiq qurumları ilə əməkdaşlıq etdiyi qeyd olunub.