“Seçki Məcəlləsinin tələbinə görə dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 20 günə araşdırılıb başa çatdırılmalı və təsdiq edilməlidir”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov AzTV-də "Hədəf" proqramına müsahibəsində deyib.
MSK sədri AzTV-yə müsahibəsində vurğulayıb ki, bələdiyyə seçkilərinin yekun nəticələri isə səsvermədən ən geci 25 gün müddətində ictimaiyyətə təqdim edilməlidir: “Bələdiyyə seçkilərinin yekun nəticələri qanunvericilikdə nəzərdə tutulan müddətdə açıqlanacaq”.