Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edəcək.
Bununla bağlı "Report"a dövlət qurumundan məlumat verilib.
Bildirilib ki, vətəndaş qəbulu dekabrın 5-i saat 11:00-da Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Cəlilabad, Cəbrayıl və Biləsuvar rayon sakinlərinin müraciətlərinə baxılacaq.