Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 1-də təltif etdiyi polis əməkdaşları arasında daxili işlər naziri Ramil Usubovun oğlu da var.
"Report" xəbər verir ki, daxili işlər nazirinin oğlu, polis polkovnik-leytenantı Raul Usubov "İgidliyə görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, iyulun 2-də Azərbaycanda polis günü qeyd olunur. Prezident İlham Əliyev iyulun 1-də Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif olunması haqda sərəncam imzalayıb.