Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədovu təltif edilməsi barədə sərəncam imzalayıb.
"Report" xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycan ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə F.F.Məmmədov «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib.