Asim Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Asim Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Asim Nazim oğlu Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Qeyd edək ki, Asim Mollazadənin bu gün 70 yaşı tamam olur.

Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05