Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.
Milli Məclisin elm və təhsil komitəsinin sədri olan Anar İsgəndərovun yanvarın 10-da 70 yaşı tamam olacaq.