COP29-un Prezidenti Muxtar Babayev "Buzlaqların qorunması" mövzusunda COP30-da keçirilən Yüksək Səviyyəli Dialoqda çıxış edib.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında bildirilib.
M.Babayev iqlim dəyişikliyinin dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda buzlaqlara təsirlərindən danışıb.
Həmçinin o, COP29-da iqlim böhranının nəticələrinə uyğunlaşan icmalara dəstək sahəsində əldə olunan irəliləyişləri də qeyd edib.