COP29 sədrliyi Belemdə keçiriləcək COP30-dan öncəki son danışıqlar mərhələsi olan Braziliyadakı Pre-COP görüşlərində iştirakını başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
COP29 sədrliyi bütün tərəfləri iqlim maliyyəsi ilə bağlı verdikləri vədləri yerinə yetirməyə çağırıb. Həmçinin mövcud dinamikanı qorumağa və "Bakı Uyğunlaşma Yol Xəritəsi"nə diqqət yönəltməyə çağırıb.