Əmək bazarı müvafiq olaraq tənzimlənməsə dünyada əhalinin 70 faizi çətin duruma düşəcək.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada insan kapitalı və iş bazarındakı hədəflər uzunmüddətli olmalıdır:
"Yaşıl enerjiyə keçid ədalətli olmalıdır. Bu təkcə karbon emissiyalarının azaldılması demək deyil. Bununla yanaşı yoxsulluq aradan qaldırmalıdır, əmək bazarı inkişaf etməlidir".
O bildirib ki, dünya iqtisadiyyatında qeyri-bərabərlik höküm sürərsə ədalətli keçid mümkünsüz olacaq:
"İqtisadi baxımdan resursların paylanması ədalətli olmalıdır. Yalnız bu yolla yoxsulluq faizi aşağı salına bilər".