Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 1 milyon 175 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,4 % azdır.
Həmçinin cari ilin may ayında Türkiyədən ölkəmizə 241 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 6,5 % azdır.