Ötən ildə Türkiyədən Azərbaycana 130 milyon 24 min ABŞ dolları dəyərində qara və əlvan metallar ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 1,2 % azdır.
Həmçinin ötən ilin dekabrında Türkiyədən Azərbaycana gətirilən qara və əlvan metalların dəyəri 12 milyon 57 min ABŞ dolları olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,3 % azalma deməkdir.