Rusiya 2020-ci il üçün xarici vətəndaşlara müvəqqəti yaşayış kvotasını müəyyənləşdirib

Rusiyanın baş naziri Dmitri Medvedev 2020-ci il üçün xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya Federasiyasında müvəqqəti yaşayış kvotasının müəyyən edilməsi barədə sərəncam imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyanın hüquqi informasiya rəsmi internet portalında yayımlanan məlumatda gələn il üçün kvotanın 60270 müvəqqəti yaşayış icazəsi olduğu göstərilib.

Ən çox kvota Moskva vilayətinin payına düşüb - 4 min icazə. Moskva, Tula vilayəti, Krasnodar diyarı, Rostov vilayəti, Saratov vilayəti, Omsk vilayətinin hər biri 2 min kvota əldə edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34