Bakı. 10 avqust. REPORT.AZ/ Son 3 ildə Qazaxıstanın Mangistau və digər vilayətlərinin Azərbaycanda da daxil olmaqla Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 33% artıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bölgənin sənaye və innovasiyaların inkişafı üzrə nümayəndəsi Nurəddin İmanquliyev bildirib.
"Əgər 2015-ci ilin yekununda ümumi dövriyyə 165,8 mln. ABŞ dolları təşkil edirdisə, 2017-ci ilin yekununda bu rəqəm 220,5 mln. dollara çatıb", - o qeyd edib.