Nazir müavini: "Neftin qiymətindən asılı olmayaraq islahatlar davam edəcək"

Bakı. 5 iyun. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətindən asılı olmayaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün islahatlar davam etdiriləcək".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

"Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini görürük. Qeyri-neft sektorunun inkişafı üçün aparılmış islahatlar öz bəhrəsini verir. Belə ki, Sənaye Parklarına 2,5 mlrd. dollar sərmayə cəlb edilib",- o deyib.

Digər xəbərlər