Naxçıvanda yeni torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Hərracların Təşkili Mərkəzi 3 yerli bələdiyyəyə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, rəqabətli keçən hərracda qeydiyyatdan keçən 8 sifarişçi iştirak edib, onlardan 4-ü hərracın qalibi olub.

Nəticədə hərraca çıxarılan 2 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilib.

Hərracların Təşkili Mərkəzi noyabrın 20-də torpaq sahələrinin, noyabrın 25-də isə nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34