Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinə 8 134 icazə verilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,9 % çoxdur.
11 ay ərzində verilmiş icazələr hesabına dövlət büdcəsinə daxilolmaların məbləği isə 1 i əvvələ nisbətən 34,9 % çox - 193,85 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə bölgədə sahibkarlıq fəaliyyəti üzrə 39 lisenziya verilib. Bunun 46,2 %-ni əczaçılıq, 15,4 %-ni baytarlıq, 10,3 %-ni yükdaşıma, 10,2 %-ni rabitə, 5,1 %-ni tikinti və 12,8 %-ini digər fəaliyyət növləri təşkil edib.