Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 449 mənşə sertifikatı verib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur.
11 ay ərzində mənşə sertifikatlarının 343-ü "CT-1" formalı, 98-i "Ümumi" formalı, 8-i isə A formalı olub.