Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına 136 istehsalat və xidmət layihəsi icra edilib.
"Report"un yerli bürosu xəbər verir ki, yekunlaşan layihələrdən 64-ü yeni sahələr yaradılması, 72-si isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb.
Yekunlaşan sahələr üzrə 82 layihəyə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 4 milyon 575 min manat güzəştli kredit verib.
Hazırda icrası davam edən 93 layihədən 38-i yeni müəssisələrin yaradılmasına, 55-i isə genişləndirməyə yönəlib.