Azərbaycanda Rumıniya istehsalı olan 95 adda dərman qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıqin genişləndirilməsi üçün geniş imkanlar var: "Hazırda Rumıniya ilə QİÇS və vərəmlə bağlı birgə layihələrimiz mövcuddur".