Mayın 13-də, saat 11:00-da “Mingəçevir Ağac Emalı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki. yığıncaq Cəmiyyətin yerləşdiyi Mingəçevir şəhəri, Gəncə şossesi, 8 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Cəmiyyətin ləğv edilməsi, bununla əlaqədar Ləğvetmə komissiyasının yaradılması və digər məsələlər daxildir.
Xatırladaq ki, “Mingəçevir Ağac Emalı” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 420 manatdır.