KOBİA və  İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov tvitterdə yazıb.

"İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayevlə Bakıya səfəri çərçivəsində görüşdük. Görüşümüzdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün birgə tədbirləri və əməkdaşlıq imkanlarını müzakirə etdik. M.Kabayev “Bakı KOB evi” ilə də tanış olub", - o qeyd edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34