İnnovasiya və Təchizat Mərkəzi 10 milyon manatlıq mal alır

Səhiyyə Nazirliyi yanında İnnovasiya və Təchizat Mərkəzi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan dərman və tibbi vasitələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC-dir.

Qalib şirkətə 10 380,2 min manat ödəniləcək.

Digər xəbərlər